Şimali Koreya şimal-şərq istiqamətində çoxlu qısamənzilli ballistik raketlər buraxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya yerli vaxtla saat 07:00 radələrində Kaechon bölgəsindən şimal-şərqə doğru çoxlu sayda qısamənzilli ballistik raketlər fırladıb: "Raketlər təxminən 400 kilometr məsafə qət edib...".
Cənubi Koreya bu yersiz sınaqları bölgədə gərginliyi artırmağa xidmət etdiyini bəyan edib: "Qonşu ölkənin hər bir hərəkəti müttəfiqlərimizlə birgə izlənilir..."
Samir Musayev
MİA.AZ