Livan Mülki Müdafiə  və humanitar yardım təşkilatı mənsubların bombalayan İsraildən BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA rəsmi xəbər agentliyi məlumat yayıb.

Livanın xarici işlər naziri Abdullah Buhabibi agentliyə bildirib ki, artıq ölkə rəhbərliyinin göstərişi ilə Livanın BMT-dəki nümayəndəliyi Təhlükəsizlik Şurasına rəsmi şikayəti təqdim edib: "BMT Təhlükəsizlik Şurasına təqdim edilən şikayətdə İsrailin humanitar yardım qruplarını, təcili yardım və yanğınsöndürmə maşınlarını, xəstəxanaları və digər sağlamlıq mərkəzlərini qəsdən və davamlı vurması pislənilməklə yanaşı, bu ölkəyə qarşı lazımı və sərt tədbir görülməsi tələb olunub".

Xatırladaq ki, İsrail ordusu bu gün Livanın cənubundakı Farun qəsəbəsinə yanğını söndürmək üçün gedən yanğınsöndürən maşınları da vurub. Nəticədə 4 yanğınsöndürən hadisə yerində ölüb.

Onu da qeyd edək iki, Livan dünən xəbərləşmə cihazına kiberhücumla bağlı da BMT-yə şikayət edib.

Tahir Şəlvəli

MİA.AZ