Türk Qızıl Ayparası Qəzzanın şimalında yerləşən Xan Yunusda yaşayan 20 min nəfər üçün "ərzaq paketlər"indən ibarət humanitar yardım göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türk Qızıl Aypara Cəmiyyəti mılumat yayıb.

Bildirilib ki, mayın 6-dan etibarən məhdud sayda humanitar yardım maşınlarının Qəzzaya keçməsinə icazə verildiyi üçün bölgə əhalisi aclıqla üz-üzədir: "Təəssüf ki, İsrail Rəfah Sərhəd Qapısına nəzarəti ələ keçirdiyindən yetərli yardım göndərmək mümkün deyil".

Əlavə olunub ki, Qəzzaya göndəriən 20 min nəfərlik "ərzaq paket"inə quru qida, yağ və ton balığı da daxil olmaqla 16 çeşiddən ibarət bağlama daxildir: "Bu yardım daha ağır vəziyyətdə olan 20 min nəfər üçün nəzərdə tutulub".

Firudin Səfərli

MİA.AZ