Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində iki ölkə arasında Biznes Şurası yaradılıb.
Mia.az xəbər verir ki, bununla bağlı iki ölkə arasında müvafiq razılaşma imzalanıb.
Sənədi Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al Zuheyri imzalayıb.