"Qafqazda sabitlik və inkişaf üçün Ermənistan və Azərbaycan arasında yekun sülh sazişi vacibdir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın sentyabrın 14-15-də Azərbaycanda keçirilən Bakı Təhlükəsizlik Konfransındakı çıxışında deyiub.

Təxminən 50 ölkənin kəşfiyyat və təhlükəsizlik üzrə qurumlarının rəhbərlərinin iştirak etdiyi konfransda “Qlobal Nəqliyyat Marşrutlarının Təhlükəsizliyinə Müasir Çağırışlar” mövzusunda çıxışç edib.

Regional və qlobal problemlərin müzakirə edildiyi konfransda MİT sədri Kalın bir çox ölkədən olan həmkarları ilə bir araya gələrək, ikitərəfli təmaslar keçirib və aktual hadisələri müzakirə edib.

Kalın Bakı Təhlükəsizlik Sammiti sessiyasındakı çıxışında qlobal mühitdə etimad böhranları, artan terror təhlükəsi və onların yaratdığı humanitar nəticələrə toxunub.

İbrahim Kalın Azərbaycanın 44 günlük müharibə ilə işğaldan azad etdiyi Qarabağda həyatın normallaşması istiqamətində atdığı uğurlu addımlara diqqət çəkib.

MİT rəhbəri daha sonra sülh danışıqlarından söz açıb. Bildirib ki, regionda sabitlik Ermənistanla Azərbaycan arasında imzalanması mütlıq olan yekun sülh sazişindən keçir: "Daimi sülh həm də Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa əlaqələrini, o cümlədən Zəngəzur dəhlizinin açılmasını təmin edəcək".

İbrahim Kalın daha sonta sürətlə dəyişən və getdikcə kövrəkləşən beynəlxalq sistemin iki mühüm qlobal böhranla üz-üzə qaldığını bildirib. O, Ukrayna və Qəzzadakı vəziyyətə toxunub və Türkiyənin hər iki savaşda aldığı roldan geniş danışıb.

Lamiyə Əhmədli

MİA.AZ