CHP lideri Özgür Özellə Prezident Ərdoğanın lideri olduğu Cumhur İttifaqında təmsil olunan HÜDAPAR partiyasının sədri Zəkəriyyə Yapıcıoğlu arasında gərginlik davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP lideri Özgür Özelin "Hizbullahçı" adlandırdığı HÜDAPAR-ın sədri sosial media səhifəsində ona maraqlı sual ünvanlayıb.
Zəkəriyyə Yapıcıoğlu əvvəlcə CHP-nin seçki bəyannaməsində cümhuriyyətin 6 prinsipini ləğv edəcəyi ilə bağlı söz verdiyini xatırladıb. O, Özgür Özəlin Cumhur İttifaqının digər üzvü MHP lideri dövlət Baxçalıya ünvanlı mesajını olduğu kimi qeyd edərək, niyyətini açıqlayıb: "Özgür Özəl, çıxışınızda deyirsiiz ki, "HUDA-ya deyəcək sözüm yoxdur. Mikroba sən niyə xəstəlik yayırsan deyə hesab soramazsınız. Mikrob mikrobdur. Mən MHP lideri Devlet Bahçelidən soruşuram: sən bu HÜDA-PAR-a nə deyirsən, Devlet Bey?".
İndisə Özgür əfəndi, mən sənə bir sual verim. Zorlansan, "kopiya" da çəkməkdə sərbəstsən, amma ətrafınızdakı bacarıqsız insanlardan soruşsanız, sizə səhv deyə bilərlər.
Sual olunur: 'Milliyyətçilik, Xalqçılıq, Dövlətçilik, Dünyəvilik, İnqilabçılıq prinsipləri CHP-nin əsas prinsipləridir... "Təkpartiyalılıq dövrünün zərurəti kimi Konstitusiya salınan bu 6 maddəni çıxaracağıq" sözləri hansı partiyanın seçki manifestində yer alıb:
İmtahanın müddəti sualın çətinliyinə uyğun olaraq 72 saatdır".
Xatırladaq ki, dünən CHP söğzçüsü də paylaşım edərək bu partiya və onun liderini "Hizbullahçı" adlandırıb.
Tahir Şəlvəli
MİA.AZ