CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu həbs etmək istəyirlər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlu illər əvvəl millət vəkili Enis Berberoğluna verilən həbs cəzasına etiraz olaraq İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin sədri və üzvləri haqqında "Onların heç biri hakim deyil. Onlar ancaq iqtidarın dəyənəyi rolunu yerinə yetirirlər" sözlərinə görə hakim qarşııana çıxarılacaq.
Məlumata görə, İstanbul Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Kılıdaroğluna 4 il bir aya qədər həbs cəzası və siyasi fəaliyyətlə məşğulolma qadağası nəzərdə tutulur: "Prokurorluq ittiham aktını hazırlamadan əvvəl Türkiyə Böyük Millət Məclisinin Başkanlığına sorğu göndərib. Sorğuda Kamal Kılıçdaroğlunun 14 may 2023-cü il tarixində parlamentdə ki iclasda etdiyi çıxışla bağlı məsuliyyət dairəsi ilə bağlı rəy və onun toxunulmazlıq statusu haqda izahat istənilib. Parlament Kılıçdaroğlunun hər hansı bir toxunulmazlıq hüququnun olmadığı və məsuliyyət daşıdığı haqda rəy verib. Bununla belə, CHP-nin sabiq lideri və vəkili Cəlal Çelik yazılı etiraz təqdim edərək parlamentdə olunan çıxışlara görə məsuliyyətə cəlbin qanunla qadağasını xatırladıblar. Lakin görünən odur ki, bu etiraz yetərli sayılmayıb".
Məlumata görə, şikayətçilər - məhkəmə sədri Ali İhsan Horasan, hakimlər Arif Atanyan və Ayçin Saylığınin ərazisi əsasında Kamal Kılıçdaroğlu yaxın günlərdə hakim qarşısına çıxacaq.
Tahir Şəlvəli
MİA.AZ