Qırmızı dənizdə husilərin ötən ay vurduğu neftlə dolu Yunanıstana məxsus gəmi bu gün, nəhayət, təhlükəsiz bölgəyə çəkilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi ilə yaratdığı missiyadan məlumat verilib.

Bildirilib ki, avqustun 21-də husilərin hücumuna məruz qalan “MV Sounion” adlı yunan gəmisi neft sızması olmadan müvəffəqiyyətlə təhlükəsiz bölgəyə aparılıb: "Xilasetmə əməliyyatı ekoloji fəlakətə yol vermək istəməyən tərəflərin birgə razılaşması ilə həyata keçirilib".

Xatırladaq ki,Husilər avqustun 21-də 150 min tondan çox neft daşıyan "MV Sounion" adlı yunan gəmisini İsrailə dəstək verdikləri üçün vurduqlarını bəyan edib. Həmin vaxtı Böyük Britaniyanın Sənadakı səfiri Abda Şərif gəminin heyətinin xilas edildiyini, ancaq ciddi zədələnmiş gəminin Qırmızı dənizdə sahibsiz qaldığını açıqlamışdı. 

Pentaqonun mətbuat sözçüsü Patrick Ryder avqustun 28-də mətbuat konfransında Husilərin Qırmızı dənizdə vurduqlıarı bu gəmidə yanğın çıxdığını və onu söndürmək üçün yola çıxan iki yedək gəminin husilər tərəfindən atəşl dayandırıldığını demişdi.

Tahir Şəlvəli

MİA.AZ