Bu gün Türkiyədə PKK terror təşkilatının maliyyə qaynağına daha bir zərbə vurulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Van sərhəd xəttində terror təşkilatının ən böyük maliyyə qaynağı olan narkotik şəbəkəyə qarşı uğurlu əməliyyat keçirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, keçirilən əməliyyatla PKK-ya maliyyə qaynağı yaratmaq üçün ölkəyə keçirilməsinə cəhd olunan  30 min 960 qramı metamfetamin, 26 min 180 qramı əsrar (patı) və 57 kqdan çox marixuana aşkarlanaraq götürülüb.

Firudin Səfərli

MİA.AZ