"Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzun müddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm".
Mia.az xəbər verir ki, bu sözləri AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli deyib.
O, bu gündən etibarən AXCP üzvlüyündən istefa verdiyni bəyan edib: "Çıxmağımın səbəbi nədir? Xroniki boykot.
Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm".
AXCP mətbuat katibi Natiq Ədilov isə bu istefaya "Heç bir halda bu statusla barışmaq olmaz. İstefanı təbii ki qəbul etmirik. İzahatını da eşitmək istəmirəm. İnciyərəm, özü də ciddi", - deyə etiraz edib.
Ancaq A.Yusifli istefa qərarından geri çəkilməyəcəyini təkrarlayıb.
Samir Yusifov
MİA.AZ.