Almaniyanın paytaxtı Berlinin şimalındakı Ebersvaldedə bir evdə güclü yanğın olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğında türk ana və 5 yaşlı oğlu həyatını itirib: "Yerli polisin  bildirdiyinə görə, Ebersvaldin mərkəzində 3 mərtəbəli binanın həm iş yerində, həm də yaşayış yerində yanğın baş verib, iki nəfər ölüb, 6 nəfər yaralanıb. Təəssüf ki, ölənlərdən ikisi türkdür, ana və 5 yaşlı oğlu vəfat edib”.

Xarici İşlər Nazirliyi yanğınıla bağlı ətraflı araşdırma aparıldığını da bəyan edib: "Berlindəki Baş Konsulluğumuz yanan binaya baxış keçirib. Təhqiqat yaxından izlənilir”.

Firudin Səfərli

MİA.AZ