Türkiyə ordusu İraq və Suriyada PKK-ya daha bir zərbə vurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalındakı Asos bölgəsində müəyyən edilən 4 PKK, Suriyanın "Fərat Qalxanı" bölgəsində isə 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib:

"Ölkə daxilində və sərhəddən kənarda terrora qarşı mübarizə aramsız olaraq davam edir. Terrorun mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatları davam etdiririk”.

Samir MUSAYEV

MİA.AZ