Türkiyədə "Hizbullah"a yaxınlığı ilə tanıpnan HUDA PAR partiyasınn sədri Zekeriya Yapıcıoğlunun ölkə konstitusiyasında dəyişikliklə bağlı çağırşı birmənalı qarşılanmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Zekeriya Yapıcıoğlunun xüsusi ilə ali qanunun ilk 4 maddəsinin dəyişdirilməsi tələbi bir çox siyasilər, o cümlədən ana müxalifət tərəfindən qəbulolunmaz sayılıb.

 CHP sözçüsü Deniz Yüceldən isə partiya sədrinə "axmaq", "Hizbullah artığı", "zibil" deyərək onun bu tələbinə çox sərt reaksiya verib: "Gəlin bunu bir axmağa izah edirmiş kimi izah edək. Atatürkdən, demokratiyadan, cümhuriyyətdən, dünyəvilikdən sırf 3-5 taliban düşüncəli, mürtəce istəyir deyə vaz keçməyəcəyik! Buna cəhd edənlər cəmiyyətin sinirləri ilə oynamasın.""Hizbullah" artığı olan bir neçə "zibil"ə pabuç buraxmarıq".

Sözçünün açıqlamasını aşağıda lduğu kimi təqdim edirik:

Samir MUSAYEV

MİA.AZ