Yəməndən İsrailə raket hücumu olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail ordusunun məlumatına əsasən, Yəməndən atılan ballistik raket ölkənin mərkəzi bölgəsinə tuşlanıb: "Hava müdafiə sisteümlərimiz həmin raketləri havada zərərsizləşdirilib. Bu səbəbdən mərkəzi bölgələrdə partlayış səsləri eşidilib. Ölən, yaralanan və dağıntı yoxdur. Raketin qalıqları boş ərazilərə düşüb, bəzi yerlərdə yanğın baş verib".

İsrail polisi isə Modindəki dmiryolu stansiyasına bir raketın qalıqlarının düşdüyünü təsdiqləyib: "Nəticədə stansiyaya maddi ziyan dəyib".

Yəməndəki husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb: "Raket təxmini 2040 kilometr məsafəni təqribən 11,5 dəqiqəyə qət edərək hədəfi dəqiq vurub".

Tahir Şəlvəli

MİA.AZ