Rəsmi Kiyev tərəfdaşlarını Ukraynaya öz yerli istehsalları olan silahları almağa dəvət edib.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mətbuat konfransında bildirib.
“Biz Litvanın Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkəmin istehsalı olan silahları almaq imkanını müzakirə etdik. Bu istiqamətdə işlər artıq davam edir və davam edəcək”, - nazir deyib.
Onun sözlərinə görə, bu, tərəfdaş ölkələrə xərclərinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək.
“Bu, həm də vaxta qənaətlə bağlıdır. Bəzən isə bizim silahlarımız digər xarici analoqlarla müqayisədə daha üstün olur”, - söyləyən Sibiqa Ukraynanın ordunu silahlandırmaq üçün məhz belə bir variantı təşviq edəcəyini vurğulayıb.
O, həmçinin xatırladıb ki, müharibə başlayandan bəri Ukraynanın müdafiə istehsalı 6 dəfə artıb./Report