"Beşiktaş" daha bir futboçusunu satıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Rəşid Gezzalla yollarını ayırıb.
Məlumata gərə, o, artıq super liqanın digər təmsilçisi "Caykur Rizespor"la anlaşıb.
Bildirilib ki, “Çaykur Rizəspor” Rəşid Ghezzalla prinsipial razılığa gəlib: "Tibbi müayinədən sonra əlcəzairli futbolçu ilə rəsmi müqavilə imzalanacaq".
Xatırladaq ki, dörd mövsüm “Beşiktaş”da çıxış edən əlcəzairli futbolçu 123 matçda 17 qol vurub, 33 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ