Səudiyyə komandası "Əl Nassr"la yollarını ayırmağa hazırlaşan məşhur futboçu Sadio Mane "Beşiktaş"la anlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mane karyerasını Avropada davam etdirmək üçün Səudiyyə Ərəbistanı komandasının əlavə müqavilə təklifini rədd edib.
O, "Beşiktaş"ın 2 illik müqavilə təklifini dərhal qəbul edib: "Ulduz futbolçu bu gün, ya da sabah İstanbula gələcək..."
Xatırladaq ki, bazar dəyəri 30 milyondan çox olan Mane “Əl Nassr”da 52 matçda 19 qol vurub, 15 məhsuldar ötürmə edib.
2023-cü ildə 30 milyon avroluq transfer qarşılığında “Bavariya”dan “Əl Nassr”a keçib.
Fərid
MİA.AZ