Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Putin deyib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiyanın dərinliklərinə zərbələr endirə bilməz.

"Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı artıq münaqişənin özünün mahiyyətini, təbiətini əhəmiyyətli dərəcədə dəyişir. Bu o deməkdir ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə aparır", - prezident qeyd edib.

"Əgər bu belədirsə, münaqişənin mahiyyətinin dəyişməsini nəzərə alaraq, biz bizə yaradılacaq təhdidlərdən irəli gələrək müvafiq qərarlar qəbul edəcəyik", - Putin vurğulayıb./Report