Meral Akşenerden sonra partiya sədri sükanı arxasına keçən Müsavat Dervişoğlu İYİ Partiyadakı istefaların qarşısını kəsə bilmir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün partiya üzvü olan deputat Ümit Özlale də İYİ Partiyasından istefa verib.

İzmirli deputat qısa bəyanatında deyib: "Bu gün etibarıyla partiyadakı vəızifələrimdən və partiyadan istefa etdiyimi cəmiyyətə hörmətlə bəyan edirəm".

Xatırladaq ki, bununla da İYİ Partiyasının parlamentdəki deputat sayı 30-a düşüb.

Lamiyə Əhmədli

MİA.AZ