ABŞ-ın Luiziana ştatında güclü qasırğa dağıntılara yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qasırğa dünən yerli vaxtla saat 17:00-da Morqan şəhərində 2-ci kateqoriya səviyyəsində baş verib.

Məlumata görə, şəhərə saatda 155 kilometr sürətlə əsən güclü külək nəticəsində evlərin dam örtüyü uçub, ağaclar aşıb, şəxsi və dövlət obyektlərinə çox böğyük zərər dəyib: "Qasırğanın yaratdığı güclü yağış küçə və prospektləri su altında qoyub. Luiziana və qonşu Missisipi ştatının səlahiyyətliləri fövqəladə vəziyyət elan edib və sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq ediblər".

Luiziana qubernatoru Ceff Landri ştatda yaşayanları evdən çıxmamağı tələb edib: "Evdə qalın!"

Məlumata görə, Luiziana ştatında 380 mindən çox evdə və iş yerində elektrik enerjisi kəsilib.

Polisin açıqlamasına görə, Nyu Orlean hava limanında bütün uçuşlar ləğv edilib: "Lafourche bölgəsində su basmış evlərdə qalan 26 nəfər xilas edilib".

Zülfiyyə

MİA.AZ