Sentyabrın 1-də evində yatdığı yerdə ölən məşhur türkiyəli aktrisa Ahu Tuğbanın cəsədi Mayami şəhərində ekspertizadan keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla məlumatına görə, şübhəli ölüm iddiası əsasənda keçirilən ekspertiza bu gün nəticəni açıqlayıb. Aydın olub ki, kəskin asma xəstəliyindən əziyyət çəkən 69 yaşlı aktrisanın ölümündə şübhəli hal yoxdur.
Məlumata görə, dəmir tabutda İstanbula gətirilərək dəfni nəzərdə tutulsa da, bu dəfə də ortaya problem çıxıb: "Aydın olub ki, ekspertizanı aparan Mayami Tbbi-Ekspertiza Mərkəzinin direktoru məzuniyyətdədir. Onun imzaası olmadan isə meyit ölkədən çıxarıla bilməz..."
Türkiyə mediası yazır ki, bu səbəbdən nəşin İstanbula gətiriləcəyi tarix bəlli deyil.
Xatırladaq ki, gəncliyində 48 filmə çəkilən, həyatında 10 dəfə evliliyə baxmayaraq, cəmi bir qızı olan 69 yaşlı Ahu Tuğbanın vəfatı xəbərini ilk qızı Anjelik təsdiqləyib.
Yeganə övladı onun axşam yatıb durmadıöğını bəyan etmişdi.
Xatırladaq ki, Ahu Tuğba İstanbulun Yeşilköyündə varlı ailənin tək övladı olaraq dünyaya gəlib.
O, İstanbulda Amerika Qızlar Liseyinini bitirib. Onun kino karyerası rejissor Metin Erksanın Beyoğlu ətrafında gəzərkən onu görüb filmə dəvət etməsi ilə başlayıb. Məhz buna görə, o, Kanadanın Konkordiya Universitetinin ingilis dili fakültəsində təhsilini yarımçıq qoyub.
Aktrisa 1980-ci illərin əvvəllərində şöhrət qazanıb və 80-ci illərdə türk kinosunun seks simvollarından birinə çevrilib. O, adətən fahişələri, narkomanları, lakin təmiz qəlbli obrazları canlandırırdı.
Ahu Tuğba dövrün məşhur aktyorları Kemal Sunal, Cüneyt Arkın, Tarık Akan, Kadir İnanır, İlyas Salman, Hakan Ural, Yaşar Alptekin, Tarık Tarcan, Burçin Oraloğlu və Nuri Alço, 80-ci illərdə isə Banu ilə baş rolda oynayıb.
Ləman
MİA.AZ