Belçikanın Şarlerua hava limanında işçiləri etiraza qalxıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir günlük elan olunan aksiyaya görə bütün uçuşlar ləğv edilib.
Hava limanından yayılan xəbərdarlıqda bu gün reysləri olanlardan hava limanına gəlməmələri istənilib: "Sərnişinlərin bilet aldıqları şirkətlərlə əlaqə saxlamaq xahiş olunub".
Xatırladaq ki, işçilər iş şəraitinin yaxşılaşdırılması, həddindən artıq ağır iş rejiminin yüngülləşdirilməsini və rəhbərliyin sərt münasibətinin dəyişməsini tələb edirlər.
Zülfiyyə
MİA.AZ