İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində növbəti əməliyyat keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.

FAT-dan bildirilib ki, İsrail ordusu son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində evlərə və iş yerlərinə basqın həyata keçirib: "Nəticədə azı 40 fələstinli saxlanılaraq aparılıb"

Tahir Şəlvəli

MİA.AZ