Afrika ölkəsi olan Nigeriyada sel və daşqınlar böyük dağıntılara səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin şimal-şərqindəki Maidquri şəhərində bir milyon insan daşqınlardan zərər çəkib.

Borno əyalətinin qubernatoru Babaqana Zulum bildirib ki, sel şəhərin üçdə birini ağuşuna alıb: "Bir milyondan çox insan zərərçəkib, 100 mindən çox isə evindən didərgin düşüb. Bu, çox dağıdıcı fəlakət oldu. Vəziyyət çox pisdir. Hazırda axtarış-xilasetmə işləri davam edir".

Tahir Şəlvəli

MİA.AZ