Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qonşu ölkə Cənubi Koreya Baş Qərargahı mılumat yaylb.

Qeyd olunub ki, raketlər yerli vaxtla saat 07.10-da Pxenyandan buraxılıb: "Təxminən 350 kilometr qət etdikdən sonra dənizə düşüb".

Cənubi Koreyanın hərbi rəsmiləri bu addımı sərt şəkildə pisləyib və bunu “Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən açıq-aşkar təxribat” adlandırıblar.

Yaponiya Müdafiə Nazirliyi də Şimali Koreyanın növbəti sınağını pisləyib: "Şimali Koreya bu dəfə ən azı iki raket buraxıb. Raketlər 100 km hündürlükdə 350 kilometrlk məsafəyə tuşlanıb".

Yaponiyanın baş naziri Fumio Kişi bu sınağın bölgədə gövrək gərginliyi daha da artırmaq məqsədi daşıdığını bəyan edib: "Biz bununla bağlı Şimali Koreyaya rəsmi etiraz notası verdik...".

Lamiyə Əhmədli

MİA.AZ