"Ayşenur Eyginin ölümü dəhşətli faciədir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Kamala Harris işğal altındakı İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülən türkiyəli ictimai fəal, bloger Ayşenur Ezgi Eyginlə bağlı suala cavabda deyib.

Harris əlavə edib ki, türk fəal dinc şəkildə İsrailə etiraz edib: "O, buna ölümü ilə cavab verməməlidi idi. Dəhşətli hadisə və faciədir. Bu, həm də İsrail əsgərlərinin İordan çayının qərb sahilindəki davranışı ilə bağlı yetərli haqlı suallar yaradır. Heç kim dinc aksiyada iştiraka görə öldürülməməlidir. Bu, cənab Baydenin dı dediyi kimi, qəbul edilməzdir. İsrail bu cür hadisələrin bir daha təkrarlanmaması üçün daha çox iş görməlidir".

Samir Musayev

MİA.AZ