"Avropa İttifaqı Rusiya qazı olmadan yaşamağa hazırdır. Biz buna tam hazır və qərarlıyıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson "Aİ Enerji Birliyi 2024" hesabatı ilə bağlı Brüsseldə keçirdiyi mətbuat konfransında sualları cavablandırarkən deyib.

Aİ-nin son iki ildə bərpa olunan enerjinin quraşdırılmasında sürətlə irəlilədiyini yada salan Simsonun sözlərinə görə, 2024-cü ilin ilk yarısında külək və günəş enerjisi ilk dəfə elektrik istehsalında qalıq yanacaqları (neft və qaz nəzərdə tutulur - Mia.az) geridə qoyaraq yeni bir rekorda imza atıb: "Bərpa olunan enerji mənbələrindən geniş istifadəni təmin etmək üçün lazımi tədbirlər görülüb. Bununla da Rusiyanın neft və qazından onilliklər boyu davam edən asılılığa son qoymağı bacardıq".

Aİ rəsmisi keçmişdə Rusiyadan hər il 150 milyard kubmetr qaz idxal etdiklərini də xatırladıb: "Hazırda bu, 50 milyard kubmetrin altına düşüb. Qarşıdakı aylarda isə bu, 15 faizə qədər enəcək. Bu fəqi də qısa zamanda aradan qaldırmaq gücündəyik. Bir sözlə, Rusiya qazı olmadan yaşaya bilərik. Biz buna hazırıq".

Aİ-nin son illər qaz ehtiyatınmı da artırdığını deyən Simson bildirib ki, ittifaq ərazindəki ehtiyat çənləri 90 doluluğa sahibdir: "Buraya Avropanın 2022-2024-cü illər arasında qaz istehlakını 18 azaltmasını da əlavə etsək, qarşıda bizim üstün tərəfimiz dha aydın görünür. Beləliklə, Avropanın enerji təchizatı təhlükəsizliyini təhdid etmədən Rusiya qazının mərhələli şəkildə dayandırılması prosesini başa çatdırmaqda qərarlıyıq".

Aİ rəsmisinin sözlərinə görə, qarşıdakı 5 il təmiz enerji keçidinə nail olmaq, iqlim öhdəliklərini yerinə yetirmək və sənayedə bu istiqamətdə  rəqabət qabiliyyətini saxlamaq üçün kritik əhəmiyyət daşıyacaq.

Samir MUSAYEV

MİA.AZ