İsrail ordusu bu gün Qəzza zolağının cənubundakı Misirlə sərhəddə yerləşən Rəfahı təkrar bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, İsrail döyüş təyyarələrinin zərbələrindən biri Əbu Şəluf adlı şəxsin ailəsinin yaşadığı evə tuş gəlib: "Nəticədə evdə olan 4 ailə üzvü həyatını itirib, 15 nəfər isə yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ