Braziliya polisi Amazon meşələrindən qeyri-qanuni yollarla qızıl çıxaranlara qarşı əməliyyat keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, cinayətkar dəstənin monopoliyası altında bölgədə qızıl çıxarıldığını iddia edən yerli polisin əməliyyatı nəticəsində 3,1 ton qızıl ələ keçirilib.

Məlumata görə, Braziliya polisinin dəstə üzvlərinə qəfil basqını ilə çoxlu sayda insanı saxlanılıb.

Braziliya polisindən bildirilib ki, ölkənin şimalındakı Para əyalətində yerli Yanomami bölgəsindən qeyri-qanuni yollarla qızıl çıxaran cinayət təşkilatının 33 yerdəki "obyekt"i aşkarlanıb: "Onların hər birinə eyni anda əməliyyat keçirilib. Və xeyli şəxs saxlanılıb. Onlardan 13 nəfəri haqqında həbs qərarı çıxarılıb. Əməliyyat zamanı yüz milyonlarla dəyərində 3.1 ton qızıl və pul götürülüb. Bundan başqa, basqınlar zamanı begemot, zürafə, camış, oriks,  şir və sair heyvanların başlaırndan ibarət kolleksiyalar da aşkarlanıb..."

Firudin Səfərli

MİA.AZ