İsrail ordusu bu gecə Qəzza zolağına bomba yağıdırb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, nəticədə ən azı 27 dinc sakin həyatı ilə vidalaşıb: "Onlardan 13-ü Xan Yunus şəhərinin Huzaa rayonunda əl-Karafi adlı şəxsin bombalanan evində ölüblər. Bu hadisə zamanı çoxlu sayda yaralanan da var. Cibaliya Qaçqınlar Düşərgəsində endirilən zərbələr nəticəsində 3-ü uşaq, 2-si qadın olmaqla 9 nəfər həlak olub. 5 nəfər isə Nusayrat Qaçqınlar Düşərgəsində öldürülüb, burada 11 nəfər yaralanıb".
Xatırladaq ki, 7 oktyabrdan bəri Qəzzada 41020 fələstinli ölüb.
Tahir Şəlvəli
MİA.AZ