Bu gün ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris ilk televiziya debatlarına çıxıblar. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, debat  sürpriz əl sıxma ilə başlayıb.

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı keçirilən debat təxminən 1,5 saat davam edib və "ABC News" kanalında canlı yayımlanıb.

Proqramın əvvəlində Harris Trampın əlini sıxıb və özünü "Kamala Harris" kimi təqdim edib. Bu, 2016-cı ildən bəri prezidentlik debatında ilk əl sıxma idi.

Canlı yayımda hər iki namizəd gərgin debat boyu fərqli siyasət təkliflərini sadalayıblar

Harris iqtisadi proqramını açıqlayıb, yeni vədlər verib. O, yeni qurulan şirkətlər üçün vergi endirimini 5 min dollardan 50 min dollara, uşaqlı ailələr üçün isə 6 min dollara çatdırmağı planlaşdırdığını deyib. Əlavə edib ki, onlar kiçik biznes üçün stimullaşdırma və vergi endirimləri üzərində işləyirlər və aşağı faizli kreditlər verəcəklər.

Tramp isə öz dövründə ABŞ tarixində ən yaxşı iqtisadiyyat formaladırdığını deyib: "Lakin Bayden-Harris birliyi bu formatı məhv edib. Təkcə Çinə tətbiq etdiyim gömrük rüsumları ilə milyardlarla dollar qazandıq. Ancaq Bayden yanlış vergi siyasəti ilə ölkə iqtisadiyyatını  bərbad vəziyyətə gətirdi..."

Harris isə bu iradla razılaşmayıb: "Əksinə, Tramp Çin ordusuna hərbi təyinatlı elektronik  məhsullarının satışına şərait yaratmaqla, onu gücləndirdi, dünyanı təhlükəyə atdı..".

O, Trampın "Böyük Böhran"dan bu yana Amerikaya ən böyük işsizlik ordusu qoyduğunu da bəyan edib: "Çox uğursuz illər oldu. Tramp ölkəni və iqtisadiyyatı uçuruma gətirmişdi..."

Müzakirələr daha sonra İsrailin Qəzzadakı savaşına keçib.

Harris müharibənin artıq başa çatmalı olduğunu yenə təkrarlayb: "Bu savaş dərhal başa çatmalıdır. Bunun üçün atəşkəs razılaşmasına ehtiyacımız var. Sonra bütün girovlar salamat azad edilməlidir".

Tramp isə Harrisə üzünü çevirərək onu İsrailin düşməni adlandırıb: "Bu, İsrailə nifrət edir. Əgər o, prezident olarsa, iki il ərzində İsrailin mövcud olmayacağına inanıram”.

Kamala Harris isə bu ittihamı qətiyyətlə rədd edib: "Bu, qətiyyən doğru deyil. Mən karyeram və həyatım boyu İsraili və İsrail xalqını dəstəkləmişəm".

Daha sonra rusiya-Ukrayna savaşından söz açııb.

Tramp müharibədə Bayden administrasiyasını günahlandırıb: "Dediyim kimi, prezident seçiləcəyim təqdirdə, 24 saat ərzində müharibəni bitirəcəyəm. Ancaq bunlar onu edə bilməz. Harris hətta Putinlə danışıqlar aparsa da, uğursuzluğa düçar olub..."

Harris isə Trampın bu iddiasını təkzib edib: "Putinlə əsla görüşmədim, əksinə, Zelenski ilə dəfələrlə görüşdüm, Ukraynaya və onun xalqına daim dəsətk verdik..."

Tramp daha sonra Ukraynadakı vəziyyətdən Avropa ölkələrinin narahat olmalı olduğunu deyib: "Onlar NATO-ya töhfələrini artırmalıdır, büdcə ayırmalarını çoxaltmalııdfr. ABŞ-ın onları pulsuz qorumaq öhdəliyi yoxdur. Bayden administrasiyası bu öhdəliyi onlaırn üzərinə qoya bilmədi. Bacarmadı".

Harris bu məsələdə də rəqibi ilə razılaşmayıb: "ABŞ demokratiyanı və Ukraynanı daim müdafiə edəcək"

Yeri gəlmişkən, iki rəqibin üz-üzə gəldiyi ilk debatda Trampi 42 dəqiqə 52 saniyə, Harris isə 37 dəqiqə 36 saniyə danışıb.

Ekspertlər hesab edir ki, debat bıəzi ştatlarda seçkiyə ciddi təsir edəcək: "Halbuki, debatda başa-baş müzakirə gedib..."

Lamiyə ƏHMƏDLİ

MİA.AZ