Çinlə müstəqilik davasında olan Tayvanda döyüş təyyarəsi təlim zamanı qəzaya düşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi yayılan xəbəri təsdiqləyib.
Nazirlikdən bildirilib ki, Fransa istehsalı olan "Mirage 2000" döyüş təyyarəsi adanın şimal-qərbində Hsinçu əyaləti sahillərində gecə uçuş təlimi zamanı dənizə düşüb: "Qəza zamanı pilot özünü təyyarədən təxliyyə edib, lakin onun hara endiyi haqda xəbər yoxdur. Hazırda ordu birlikləri onu axtarır".
Zülfiyyə
MİA.AZ