ABŞ-da "Delta Airlines" və "Endeavour Air" şirkətlərinə məxsus sərnişin təyyarələri Corciya ştatının Atlanta şəhərinin hava limanında uçuş-enmə zolağında toqquşub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın paytaxtı Tokioya yola çıxmağa hazırlaşan "Delta" Hava Yollarına məxsus Airbus A350 reysi 295 saylı təyyarənin qanad ucu "Endeavour Air" təyyarəsinin quyruğuna dəyib: "Nəticədə təyyarənin quyruq hissəsi qırılıb. Və hər iki reys təxirə salınıb".
Zülfiyyə
MİA.AZ