Türkiyənin Marmaris Bələdiyyəsi məşhuir komediya ustası, "Receb İvedik" kimi tanınan Şahan Gökbakara məxsus villanı sökməyə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Marmaris Bələdiyyəsi dəniz kənarında yerləşən villanı qanunsuz sayıb.
Məlumata görə, bələdiyyə yerində araşdırmaq üçün villaya getsə də, qapıl bağlı olduğundan işəri girib dəqqiləşmə apara bilməyiblər.
Bələdiyyədən verilən məlumata görə, villa qanunsuz tikilib və bu səbədən söküləcək.
Şahan Gökbakar isə hələlik fakta münasibət bildirməyib.
Xəbərdə deyilir ki, o, 2018-ci ildə Marmaris Delikyol körfəzində həmin villa alıb. Və dərhal hasarına "Bura xüsusi mülkdür, girmək olmaz” lövhəsi asıb.
Lakin bələdiyyə iddia edir ki, villanın mövcud sənədləri etibarsızdır və bu səbəbdən villa qanunsuz tikli sayılır
Ləman
MİA.AZ