Mərkəzi Seçki Komissiyası daxil olan bəzi şikayətləri araşdırılması üçün dairə seçki komissiyalarına, müddəti keçmiş şikayətləri isə ərizəçiyə geri göndərilib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK üzvlərinin təqdimatına əsasən, 69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət müəəyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.

Qeyd edilib ki, 11 saylı Binəqədi-Qaradağ, 120 saylı Cəbrayıl-Qubadlı və 31 saylı Suraxanı ikinci seçki dairəsi haqqında şikayətlərin hər biri araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

***

"Hazırda Mərkəzi Seçki Komissiyasında (MSK) beş şikayət araşdırılır".

Mia.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sabah saat 18:00-a qədər daxil olacaq şikayətlər də araşdırılacaq:

"Dairə seçki komissiyasının göz yumduğu məsələlərə biz baxırıq. Bizdən narazı olanlar isə məhkəmələrə müraciət edə bilərlər. Biz iddiaçıların iddialarını təmin etməyin tərəfdarıyıq. Sadəcə Məcəllənin tələbinə uyğun addım ata bilərik".