Türkiyə Silahlı Qüvvələri terrora və terrorçulara qarşı mübarizəni var gücü ilə davam etdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat açıqlayıb.

Nazirliyin məlumatına görə, bu gün Suriya və İraqın şimalında keçiriən əməliyyatla daha 13 PKK terrorçusu zərərsizləşdirilib:

"Sevgili vətənimiz üçün bütün gücümüzlə terrora və terrorçulara qarşı mübarizəmizi davam etdiririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən Suriyanın şimalında Fərat Qalxanı və Zeytun Budağı bölgələrində müəyyən edilən 11 PKK/YPG terrorçusu, İraqın Qara bölgəsində isə 2 PKK terrorçusu məhv edilib".
 
Firudin Səfərli

MİA.AZ