İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin evini və su quyusunu dağıdıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, İsrail ordusu bu gün Yattanın şərqindəki əl-Kərmel qəsəbəsinə basqın edib: "Basqın zamanı İsrail qüvvələri fələstinlilərə məxsus bir evi, su quyusunu tam dağıdıb, bir neçə ev və hasarlara isə qismən zərər vurublar".
Məlumatda o da deyilir ki, İsrail qüvvələri bölgədə söküntü işlərini davam etdirəcəklərini bəyan ediblər.
Tahir Şəlvəli
MİA.AZ