"Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt Iç Ve Diş Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialının rəhbəri Lokman Biterə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə,  protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

O, protokoldan şikayət verib. İş  Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, L.Biter “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfıratın təşkilatdakı müavinidir.