İordaniya ilə İsrail arasında iki gün əvvəl qapadıllan sərhəd məntəqəsi yenidən açılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İordaniya mediası məlumat yayıb.

Məlumatda deyilir ki, sərhəd məntəqəsində 3 israillinin öldürülməsindən sonra  bağlanan İsrail ilə İordaniya arasındakı Kral Hüseyn (Allenbi) Sərhəd Qapısı bu gündən sərnişinlərə üçün açılacaq.

İordaniya Polis Baş İdarəsinin sözçüsü Amir es-Sertavi bildirib ki, Kral Hüseyn Sərhəd Qapısı 10 sentyabr, saat 08:00-dan etibarən piyadalar üçün fəaliyyətə başlayacaq: "Lakin qapılar hətta ticarət maşınları üçün bir müddət qapalı qalacaq"

Xatırladaq ki, iki gün əvvəl Kral Hüseyn Sərhəd Qapısında 3 yəhudi güllələnib. İsaril hərbnçiləri qətli törədən iordaniyalı TIR sürücüsünü cavab atəşi ilə  zərərsizləşdirib.

Tahir Şəlvəli

MİA.AZ