İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər etiraz aksiyasına başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkə həmkarlar ittifaqlarının çağırışı ilə nəqliyyatçılar yeni və daha əlverişli müqavilənin yenilənməsini tələb edirlər.

Məlumata görə, işçilər ilkin olaraq 8 saatlıq tətilə başlayıblar.

Xəbərdə deyilir ki, səhər başlayan aksiyaya görə paytaxt Roma başda olmaqla bir çox iri şəhərərdə gediş-gəlş problemə çevrilib.

Onu da qeyd edək ki, ölkədə dünən dəmiryol işçiləri də tətilə çıxıb və bu səbəbdən şəhərlərarası qatarların hərəkəti iflic olub.

Samir Musayev

MİA.AZ