Söz və musiqisi Birləşmiş Ərəb Əmirliklərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamı Tural Bayraməliyevə məxsus olan mahnı xarici ölkədə ərsəyə gəlib.
""Səndən ayrı” Türkiyə , Moldova və London studiyalarında hazırlanıb. Sözügedən mahnının bəstəkarı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamıdır. Sevgi mövzusunda olan mahnıya tezliklə video-klipi çəkiləcək. Bundan başqa yaxın zamanda retro mahnılardan ibarət yeni albomumu təqdim etməyə hazırlaşıram”-, deyə xalq artisti mahnı haqda təəssüratlarını bölüşüb.