Mərkəzi Seçki Komissiyası bu gün 1 sentyabrda keçiriləns eçki ilə bağlı iclas keçriib.

Mia.az xəbər verir ki, bununla bağlı MSK-nin bu gün keçirilən iclasında məsələ müzakirə olunub.

MSK üzvlərini təqdimatına əsasən, 119 saylı Ağdam, 60 saylı Quba-Qusar, 73 saylı Masallı Cəlilabad, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində pozuntularla bağlı şikayət daxil olub: "Lakin şikayət müəyyən edilmiş müddəti keçdiyinə görə ərizəçiyə geri qaytarılıb".

Məzahir Pənahov daha sonra 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib. O qeyd edib ki, 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacaq: "Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq".