"Qərblə nüvə sazişini canlandırmaq üçün diplomatik fürsət yaranıb"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani nazirlikdə keçirilən həftəlik mətbuat konfransında deyib.

O, belə bir fürsətin yarandığna inandığını qeyd edərək, Rusiya və Çinlə münasibətlərinin artan xətlə inkişafından Qərbi narahatlığının əvəs olduğunu  bildirib: "İranın qonşuları və Şərqlə, xüsusən də Rusiya və Çinlə münasibətlərinə üstünlük verir. Şərqlə münasibətləri inkişaf etdirmək taktii deyil,  strateji seçimdir. Bu münasibətlər hökumətin və diplomatik sistemin prioritetləri arasında əsas və ciddi yer tutur. Bununla belə, biz Qərblə də əlaqələri inkişafında maraqlıyıq. Lakin təəssüf ki, Qərb çoxtərəfli diplomatik əlaqələrə müsbət baxmır. Bu, təəssüf doğurur. ancaq biz hələ də Qərbə əlaqələrin bərpasına, yeni nüvə sazişinin canlandırılmasına gedən yolun açıq qala biləcəyinə inanırıq. Bir şərtlə ki, qarşı tərəf nüvə sazişini canlandırmaq iradəsini nümayiş etdirir. Dediyim kimi, buna əlverişli fürsət yaranıb. Biz buna inanır və qarşı tərəfdən addım gözləyirik".

Kenani bildirib ki, İranın xarici işlər naziri Abbas Erakçi və Avropa İttifaqının Ali nümayəndəsi Josep Borrell tezliklə görüşmək barədə razılığa gəliblər.

Samir Musayev

MİA.AZ