Fatih Ərbakandan sonra ana müxlaifət partiyası və onun lideri Özgür Özəl Türkiyədə növbədənkənar parlament seçkilərinin keçiriləməsini tələb etməyə başlayıblar.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki partiya bunu ölkədəki siyasi və iqtisadi böhranla əlaqələndirblər.
Türkiyə mətbuatı isə yazır ki, ölkədəki mövcud durum CHP-nin xeyrinə "əsdiyi"ndən Özgür Özəl erkən seçki tələb edir.
Məlumata görə, son olaarq ölkədə keçirilən sosialoji sorğularda CHP Ərdoğanın lideri olduğu AKP-ni xeyli qabaqlayır.
Məsələn, ASAL Araşdırma Mərəzi bu gün son araşdırmasının nəticələrini ictimaiyyətlə bölüşüb.
Mərkəz respondentlərə "Bu bazar günü parlament seçkisi olsaydı, hansı siyasi partiyaya səs verərdiniz?" deyə, sualı ünvanlayıb.
İki min nəfərlə aparılan sorğuya qatılanların 34,5-i faizi CHP-yə, 29.8 faizi isə AK Partiyaya səs verəcəyini deyib. Dövlət Baxçalının MHP-sinə isə 10,1 faiz etimad göstərib.
Sıralama belə davam edib:
DEM Partiyası: 9,3 faiz
Yenidən Rifah Partiyası: 4,6 faiz
İYİ Partiya: 4,4
Zəfər Partiyası: 3,8
Türkiyə İşçi Partiyası: 1,1
Digərləri: 2,4%
Lamiyə Əhmədli
MİA.AZ