Türkiyənin həyata keçirdiyi normallaşma prosesləri və Yaxın Şərqdəki kritik rolu bölgə ölkələrinin Türkiyə ilə yaxınlaşma prosesini də sürətləndirir. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhz bu səbəbdən Türkiyə sabah keçiriləcək Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasına dəvət edilib.

Xatırladaq ki, Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurası ildə iki dəfə Misirin paytaxtı Qahirədə toplanır. Ərəb Liqasının gündəmində olan bir çox mövzu, o cümlədən Fələstin, Türkiyənin xarici siyasət gündəmindəki prioritet məsələlər var.

162-ci Adi Toplantıda çıxış edəcək Hakan Fidanın Qəzza başda olmaqla regional məsələlərə, eləcə də Türkiyə-Ərəb Liqası münasibətlərinə toxunacağı gözlənilir.

Lamiyə Əhmədli

MİA.AZ