Türkiyədə 12 şəhərdə terror və terrorçulara qarşı uğurlu əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, 12 şəhərdə - Antalya, Batman, Qaziantep, Edirnə, Elazığ, Erzincan, Hakkari, İstanbul, Mersin, Muğla, Şanlıurfa və Vanda separatçı terror təşkilatına qarşı keçirilən “Gürz-13” kod adlı əməliyyatında 33 nəfər saxlanılıb: "Sevgili millətimizin bilməsini istəyirəm ki, millətimizin sülhü, birliyi və həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi əzmlə davam etdirəcəyik".

Firudin Səfərli

MİA.AZ