Türkiyədə hərbi maşın qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat açıqlayıb.
Nazirin sözlərinə görə, Tuncelinin Ovacık rayonunda zirehli maşın xidməti vəzifəsini yerinə yetirərkən aşıb: "Qəzada 4 əsgərimiz - çavuşlar Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Doğan Kızılateş şəhid olub, Muhammet Koyuncu isə yaralanıb. Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə, qəhrəman Jandarma Təşkilatımıza və Millətimizə başsağlığı verirəm. Qəzada yaralanan qəhrəmanımıza tezliklə şəfa diləyirəm".
Firudin Səfərli
MİA.AZ