Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-a müqavimət göstərməkdə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, husilər ölkənin mərkəzi hissəsindəki Marib əyalətində ABŞ-a məxsus silahlı pilotsuz uçuş aparatını (PUA) vurublar.

Məlumatı Husilərin Hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri təsdiqləyib.

O, bildirib ki, ABŞ ordusuna aid MQ-9 tipli PUA Marib vilayəti səmasında vurulub: "PUA hava hücumundan müdafiə sistemləri tərəfindən yrə salınıb. Bununla da indiyədək vurduğumuz  MQ-9 tipli PUA-ların sayı 8-ə çatıb".

Xatırladaq ki, husilər 31 oktyabr 2023-cü il tarixindən etibarən İsrailin Qəzzaya hücumlarına cavab olaraq İsrail şirkətlərinə bağlı olan ticarət gəmilərini hücum edir. Husilərin bu hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. ABŞ-ın liderliyi altında bir çox Qərb ölkələəri isə buna qarşı Qırmızı dənizə hərbi gəmilər yönləndirib. Lakin görünən odur ki, bu, husilərin hücumlaırnı tam şəkildə əngəlləyə bilməyib.

Firudin Səfərli

MİA.AZ