Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ilin oktyabrından bu yana 200 məktəbin bağlandığını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT hesabatında faktlar yer alıb.
Hesabata əsasən, hazırda həmin məktəblərin bəziləri ya tam, ya qismən dağılıb, bəziləri isə sığınacaq kimi istifadə olunur: "Təəssüf ki, son aylar sığınacaq kimi istifadə olunan məktəblər də bombalanır".
Qurumdan qeyd edilib ki, hazırda BMT-nin UNRWA təşkilatının mənsubları minlərlə uşağı sosial fəaliyyətlər və psixososial dəstək vasitəsilə təhsilə qaytarmağa çalışırlar.
BMT indiyə qədər həlak olan müəllim və şagirdlərlə bağlı da statistika açıqlayıb. İddia olunur ki, son 11 ayda Qəzzada 10 mindən çox şagird və müəllim həlak olub.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında ölənlərin sayı 40 min 939-a, yaralıların sayı isə 94 min 616-ya yüksəlib.
Tahir Şəlvəli
MİA.AZ