İsraillə İordaniya arasında Kral Hüseyn (Allenbi) Sərhəd Qapısı hər iki tərəfdən tamamilə qapadılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, işğal altındakı İordan çayının qərb sahilinin şərqində yerləşən Yerixo şəhərinin marşrutu üzrə bütün yollar da İsrail əsgərləri post qurub: "Onlar bölgədən İordaniyaya açılan sərhəd qapısını da hər iki tərəf üçün gediş-gəlişə tam qapadıblar."
İsrail ordusu faktı təsdqiləyib. Bildirilib ki, bu qərar yolda 3 mülki israillinin ölrüldüyü silahlı hücumdan sonra verilib.
Məlumatda o da deyilir ki, israilli mülki şəxslərə hücum zamanı orada olan iki sürücü və bir işçi saxlanılıb: "Həmin şəxslərin hücum edənlə əlaqəsinə dair şübhələr var".
İordaniya Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırıladaq ki, İsrail ilə İordaniya arasındakı Kral Hüseyn (Allenbi) Sərhəd Qapısına təşkil edilən silahlı hücumda 3 İsrail vətəndaşı həlak olub.. İnsidenti törəədn isə hadisə yerində vurularaq öldürülüb.
Tahir Şəlvəli
MİA.AZ